11 fevral 2019 11:54

Elmlər Akademiyası mühafizəçi şirkət axtarır – TENDER ELANI

FED.az TENDER xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası mühafizə işlərinin təşkilinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİB

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot- 1. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizə işlərinin təşkilinin satınalınması.


Eləcə də bax: Azərbaycan şirkəti xaricdə 100 milyon dollarlıq – TENDER UDUB

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə imkanları.
Tenderdə iştirak etmək üçün iddiaçılar 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, H.Cavid prospekti 129 nömrəli ünvandan ala bilərlər. 
Əlaqələndirici şəxs – Gülnaz Babayeva, əlaqə telefonu – 537-19-82.


İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.


BANK – ABB-nin Yasamal filialı
M/h – AZ03NABZ 01350100000000002944
H/h – AZ71CTRE0000000000004138415
VÖEN – (bank) 9900001881
Kod – 805562
VÖEN – 1300308521
SWİFT – İBAZAZ2X


İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə; 
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır); 
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; 
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
– iddiaçının son bir il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı; 
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi; 
– iddiaçının müvafiq işləri yerinə yetirmək üçün lisenziyasının surəti.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 1 aprel 2019-cu il saat 17.00-a qədər Bakı, H.Cavid prospekti 129 nömrəli ünvana təqdim etməlidirlər.


Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2 aprel ­2019-cu il saat 10.00-da Bakı, H.Cavid prospekti 129 nömrəli ­ünvanda açılacaqdır. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz