11 fevral 2019 11:18

Hacıqabula pul axacaq - 60 MLN. MANAT YATIRIM

Hacıqabul Sənaye Məhəlləsi ərazisində həyata keçirilmək üçün seçilmiş 7 layihəyə investisiya qoyuluşları 60 mln. manat məbləğimdə qiymətləndirilir. FED.az xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 mln. manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb”, - deyə məlumatda bildirilir.

Bu layihələr çərçivəsində 900 iş yeri yaradılacaq.

Hacıqabul Sənaye Məhəlləsi 2019-cu ildə istifadəyə veriləcək.

Eləcə də bax: “Khazar” avtomobilləri Ukraynaya ixrac ediləcək

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz