22 dekabr 2016 20:05

Azərbaycanlı sahibkarlar Rusiyada keçiriləcək sərgiyə dəvət olunub

Rusiyanın Yekaterinburq şəhərində II “Yekaterinburq Halal Ekspo” ixtisaslaşmış halal məhsul və xidmətlər sərgisi keçiriləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Gələn il baş tutacaq sərgi aprelin 20-dən 23-dək davam edəcək. 

Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunublar. Tədbir haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz