Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
FED.az xəbər verir ki, iclasın gündəliyinə 32 məsələ daxil edilib.
Müzakirə olunacaq əsas məsələlər aşağıdakılardır:
1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında;
2. "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında;
3. "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında;
4. "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsi haqqında;
5. "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə;
6. "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik;
7. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”
8. Cəzaların İcrası Məcəlləsinə dəyişiklik;
9. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
10. “Milli Məclisin komitələri haqqında” qanun layihəsi (ikinci oxunuşda);
11. “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” qanun layihəsi (ikinci oxunuşda);
12. “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsi (ikinci oxunuşda);
13. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanun layihəsi (II oxunuşda);
14. “Patent haqqında” qanun layihəsi (II oxunuşda);
15. “Gənclər siyasəti haqqında” qanun layihəsi (I oxunuşda);
16. “Dövlət rüsumu haqqında” (II oxunuşda);
17. Əmək Məcəlləsinə dəyişiklik;
18. “Kitabxana işi haqqında” qanun layihəsi (II oxunuşda);
19. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsi (I oxunuşda);
20. “İcra haqqında” qanuna dəyişiklik;
21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”
22. “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik;
23. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik;
24. “Azərbaycan Respublikasının konsul Nizamnaməsi”nə dəyişikliklər edilməsi barədə;
25. “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, odlu silahın və onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında” Protokolun təsdiq edilməsi.