Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1435-VQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycana daxil olan avtomobillərin - SİYAHISI TUTULACAQ
FED.az-ın məlumatına görə, fərman Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə verilən səlahiyyətlə bağlıdır.
Beləliklə, Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərarın tərtib edilməsi və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılması Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin ediləcək.
Digər hallarda isə inzibati xəta haqqında qərar tərtib ediləcək və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulacaq.
Bakıda avtomobillər bu halda evakuatorla aparılacaq - QANUNA DƏYİŞİKLİK
22:23
31 Yan 2019