20 dekabr 2016 14:26

Türkiyədə 236 hərbçi barəsində həbs qətiimkan tədbiri seçilib

Türkiyə Silahlı Qüvvələrində “ByLock” kompüter proqramından istifadə etməkdə şübhəli bilinən 530 hərbçidən 236-sı barəsində həbs qətiimkan tədbiri seçilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, prokurorluğun Terror və mütəşəkkil cinayətlərə qarşı mübarizə bürosu, polis əməkdaşları birlikdə ölkənin 58 əyalətində eyni zamanda əməliyyat keçiriblər.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrində vəzifə daşıyan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 280 zabit və 250 gizirin tutulması haqqında qərar qəbul edilib. Onların isə 236-sı barəsində həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, “ByLock” FETÖ-çülərin bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdiyi proqramın adıdır.

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin