19 dekabr 2016 17:43

Mərkəzi Bankın notları üzrə növbəti hərrac keçiriləcək

2016-ci ilin 21 dekabr tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların buraxılış parametrləri aşağıdakılardır:

 

Dövlət qeydiyyat №-si

50100852S

Hərraca çıxarılan həcm

50  000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28  gün

Ödəmə tarixi

18 yanvar 2017-cü  il

 

ARMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı  (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin