Veysəloğlu Şirkətlər Qrupu
Vəzifə: İT Təhlükəsizlik Mütəxəssisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri: Monitorinq və DLP sistemlərinə nəzarət olunması və istifadəçilərin hüquqlarının araşdırılması və təmin edilməsi.
Vəzifə öhdəlikləri:
- Müxtəlif informasiya texnologiyalarından istifadə zamanı yaranan təhlükəsizlik risklərini və baş verə biləcək təhlükələri bilmək və öncədən qarşısını almaq;
- İnformasiya hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, təhlili və ümumiləşdirilməsi.
Tələblər:
- İnformasiya sistemlərinin müdafiəsi üsullarını bilmək (aşağıdakı texnologiyalar daxil olmaqla: DLP, SIEM, Web Application Firewall, RADIUS, “Firewall”-lar (NGFW), Antivirus, Anti-Malware sistemləri, IPS/IDS, Layer 2 və Layer 3 şəbəkə təhlükəsizliyi, E-mail təhlükəsizliyi sistemləri, Monitorinq sistemləri) ;
- İnformasiya təhlükəsizliyi sahəsində standartlar və digər tələblər üzrə biliklərə və təcrübəyə malik olması;
- Analitik düşünmə qabiliyyəti, problemlərin effektiv həll olunması və ehtiyacların prioritetləşdirilərək müəyyən olunması;
- Ünsiyyət bacarıqları, komanda tərkibində işləmək qabilliyəti;
- Sistemin davamlı inkişaf etdirilməsi və öyrənilməsi yönümlü bacarıqları;
- İngilis və rus dillərində sahə üzrə terminoloji biliklərin olması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Ümumi nəqliyyat xidməti;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük, 09:00 - 18:00
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT Təhlükəsizlik Mütəxəssisi” yazıb göndərməklə müraciət edilir.