19 dekabr 2016 19:00

Türkiyədə halal məhsullar sərgisi keçiriləcək

Türkiyədə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin "V Halal" sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, İstanbulda baş tutacaq sərgi gələn il noyabrın 23-dən 26-dək davam edəcək.

Sərginin əsas məqsədi halal ticarət, istehsal, standartlar və logistika sahələrində fəaliyyət göstərən sahibkarları bir yerə toplayaraq, halal sektorun xidmət və məhsullarını təşviq etmək, bu sahədə ticarət və investisiyaların artmasına kömək etməkdən ibarətdir. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvətlidirlər.

Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Qeyd edək ki, sərgidə təchiz olunan köşkün icarə haqqı 300 ABŞ dolları/kv. metr təşkil edəcək. Binanın içində təchiz olunmamış boş sahənin icarə haqqı isə qiyməti isə 270 dollar/kv. metr olacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin