17 dekabr 2016 12:14

Bazar günü hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fed.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütünu təşkil edəcək. Nisbi rütubət gecə 85-95%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin