16 dekabr 2016 23:02

Səfir: Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi artacaq

Gələn il Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən illə müqayisədə daha çox olacaq.

Bu barədə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib.

"Biz çay, düyü kimi ənənəvi məhsullarla yanaşı əczaçılıqla bağlı məhsul və xidmətləri Azərbaycana ixrac etmək istəyirik. Bu il Azərbaycan hökuməti daha bir neçə Hindistan istehsalı olan dərman vasitələrinin gətirilməsinə icazə verib. Biz həmçinin informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlığı artırmaq niyyətindəyik."

Azərbaycandan daha çox neft və neft məhsulları alındığını deyən Sanjay Rana Hindistanın Azərbaycana olan ixracının cəmi 50 milyon dollar olduğunu qeyd edib.


Apa©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz