11 yanvar 2019 13:57

“Azercell”in tarifləri - DƏYİŞDİ

“Azercell”in paket tariflərinin qiyməti 12.02.2019-cu ildən etibarən dəyişəcək.

FED.az xəbər verir ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gənc Sim”, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində  hər bir SMS-in qiyməti 2 qəpik artırılaraq  5 qəpik təşkil edəcək.

Həmçinin 12.02.2019-cu il tarixindən etibarən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Ailə Tarif”, “Dövlətcell”, “Socar” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS-in qiyməti 2,5 dəfə artırılaraq 5 qəpik olacaq.

Eyni zamanda “Biznes200”, “Hədsiz” və “Hədsiz Zəng” tarifləri çərçivəsində təqdim edilən paketlərdə əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik olacaq.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz