16 dekabr 2016 17:01

Milli Nüvə Tədqiqatlar Mərkəzi 3 mln. manatlıq səhm emissiya edir

Maliyyə Bazarlarına Nəzarət Palatası "Milli Nüvə Tədqiqatlar Mərkəzi" QSC-nin səhmlərinin ilkin buraxılışını dövlət qeydiyyatına alıb.

Palatadan verilən məlumata görə, 300 000 ədəd olan adi səhmlərin hər birinin nominal dəyəri 10 manatdır. Beləliklə, emissiyanın həcmi 3 mln. manat təşkil edir.

Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Apa©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin