Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 27-də Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Fed.az-a verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri xahiş olunur.