04 yanvar 2019 11:57

Dövlət şirkətinin rəhbərliyində - TƏYİNAT

“AzerGold” QSC-yə İdarə Heyəti sədrinin müavini təyin edilib

FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli 859 nömrəli Sərəncamına əsasən Xəyyam Oqtay oğlu Fərzəliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

X. Fərzəliyev əvvəllər Azərbaycanda ləğv edilmiş “Bank of Azerbaijan” ASC də çalışıb. Bundan əlavə onun son iş yeri Rusiyanın “Gazprombank”da Aktivlərin İdarəolunması üzrə baş direktor vəzifəsində çalışıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz