04 yanvar 2019 11:44

Faizləri öncədən ödənilən əmanətlər – Hansı bank bu məhsulu təklif edir?

Bildiyimiz kimi, Banklar əmanətçilərə əmanət üzrə hesablanmış faizləri müqavilə ilə razılaşdırılmış formada ödəyirlər. Faizlərin ödənilməsi üsulları arasında ən geniş yayılanları faizlərin “aylıq” və ya “əmanət müddətinin sonunda” alınmasıdır.

FED.az xəbər verir ki, bəzi banklarda ödəniş üsulu olaraq rüblük, yarımillik və illik variantlar da təklif edilsə də, əmanətçilər tərəfindən ən çox tərcih edilən üsullar məhz  qeyd edilənlərdir (aylıq və ya müddətin sonu).

Son dövrlərdə ölkənin Bank sektorunda məhsul baxımından müsbət tendensiyaların olması əmanət məhsullarına da öz təsirini göstərib. Belə ki, öz kredit və qeyri-kredit məhsullarını müştərilər üçün cazib şəkildə dizayn edən Banklar bu proses zamanı müştəri istəkləri ilə yanaşı beynəlxalq təcrübələrdən də faydalanır.  “Faizlər öncədən ödənilən” əmanət məhsulunu bu qrup məhsullardan hesab edə bilərik. Bu məhsulda sırf müştəri istəkləri nəzərə alınıb.

Eləcə də bax: Azərbaycanda ən çox və ən az kredit verilən sahələr – AÇIQLANDI

Əmanət müddəti ərzində vəsaitin artırılmasına yol verilmir;Bu əmanət məhsulunun əsas üstünlüyü ondan ibarətdir ki, müştəri əmanət üzrə hesablanacaq faizləri almaq üçün ay və ya müddət sonunu gözləmir. Faizləri əmanət yerləşdirən gün alan müştəri həmin vəsaiti şəxsi ehtiyacları üçün istifadə edə və ya yenidən əmanət şəklində yerləşdirə bilər. Bu növ əmanətlər haqda digər önəmli məqamları diqqətinizə çatdırmaq istərdik.

  • Əmanət müqaviləsi müştəri tərəfindən pozularsa ödənilmiş faizlər geri alınır və ya cərimə tətbiq edilir.
  • Əmanət üzrə cəlbetmə faizləri, aylıq və ya müddətin sonu ödənilən əmanətlərə nisbətən aşağıdır.

İndi isə bu əmanət məhsulunu təklif edən Banklar və şərtlər haqqında məlumatı Sizlərə təqdim etmək istərdik:
 

Bank

Əmanətin adı

Valyuta

Minimal məbləğ

Əmanətin müddəti

İllik faiz dərəcəsi

Amrahbank

Avans əmanəti

AZN / USD / EUR

1000 AZN / USD / EUR

12 ay

AZN – 11%

USD – 3.0%

EUR – 1.2%

Azər Türk Bank

Avans əmanəti

AZN

1000 AZN

12 ay

AZN – 6%

Expressbank

Əlavə fürsət əmanəti

AZN

500 AZN

12 ay

AZN – 9%

Muğanbank

Avans əmanəti

AZN / USD

1000 AZN / USD

12 ay

AZN – 12%

USD – 3.0%

NBC Bank

Universal depozit

AZN / USD  / EUR

200 AZN / USD / EUR

12 ay / 24 ay / 36 ay

12 aylıq əmanətlər

AZN – 11%, USD/EUR – 2.75%

24 aylıq əmanətlər

AZN – 10.5%, USD/EUR – 2.50%

36 aylıq əmanətlər

AZN – 10 %, USD/EUR – 2.25%

Unibank

Faizlər əvvəlcədən

AZN

500 AZN

12 ay

AZN – 9%

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz