14 dekabr 2016 17:07

AMB hərraca çıxardığı notların 67%-ni satıb

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100652S nömrəsi ilə saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 75 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən verilən məlumata görə, hərraca 2 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 50 583 100 manat təşkil edib ki, bu da AMB-nin satmaq istədiyi notların 67,44%-dir. Sifarişlər 98,8472 manat (14,9945%) qiyməti ilə təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiyməti AMB tərəfindən 98,8472 manat (14,9945%) səviyyəsində müəyyən olunub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 50 583 100 manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 11 yanvar 2017-ci ildir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin