14 dekabr 2016 10:37

Dövlət istiqrazlarına tələb təklifi üstələyib

Maliyyə Nazirliyinin manat nominallı dövlət istiqrazları ilə bağlı keçirilən hərraclarının nəticəsi açıqlanıb. Bakı Fond Birjasından əldə olunan məlumata görə, hərraca 10 milyon manat dəyərində istiqaraz çıxarılsa da almaq üçün daxil olan sifarişlərin həcmi 26 milyona yaxın olub. Beləliklə tələb təklifi 2,5 dəfə üstələyib.

Qeyd edək ki, hərrac zamanı 7 investor tərəfindən 17 sifariş qəbul olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 25,734,000.00 AZN təşkil edib. Sifarişlər 95.2664 AZN (20.1512%) və 95.9455 AZN (17.1381%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.7165 AZN (18.1494%) orta ölçülmüş qiyməti 95.7791 AZN (17.8724%)  təşkil edib. 

İstiqrazların ödəmə tarixi  14.03.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  91 gündür.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin