06 dekabr 2018 21:36

İki ölkənin bazarında – SATILACAQ

“Naxçıvan Duz İstehsalı” MMC MDB və Yaxın Şərq ölkələrinə məhsul ixracını təşkil etməyi nəzərdə tutur.
 
Bunu “Naxçıvan Duz İstehsalı” MMC-nin direktoru Anar Əsədullayev deyib.
 
ELƏCƏ DƏ BAX: Azərbaycanın iri şirkətinin türk rəhbəri işdən çıxdı
 
A.Əsədullayevin sözlərinə görə, şirkət Türkiyə və Rusiyadan duz ixracı ilə bağlı təklif və müraciətlər alıb:
 
“Biz hələlik bu iki variantı nəzərdən keçiririk. Yaxın bir il – il yarım ərzində, yeni duz yataqlarının aşkar olunması ilə istehsal həcmləri artdıqca Rusiya və Türkiyə bazarlarına ixracat planlaşdırırıq”.
 
Qeyd edək ki, “Naxçıvan Duz İstehsalı” MMC xörək duzu və texniki duz istehsal edir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz