06 dekabr 2018 19:22

Bir neçə marşrut xətti birləşdirilir, avtobuslar yenilənir - AÇIQLAMA

İctimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişikliklər edilib.

 
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.

ELƏCƏ DƏ BAX: Taksi xidmətləri bir yerə toplanacaq

əm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib. Qeyd edilən hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.62 və 81 nömrəli müntəz

64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.
88 nömrəli müntəzəm marşrut xətti üzrə isə sərnişindaşıma xidmətinin təşkili “BakuBus” MMC-yə həvalə edilib.
 
Qeyd edilən dəyişikliklər 1 yanvar 2019-cu ildən tətbiq ediləcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz