06 dekabr 2018 20:00

"Veysəloğlu" işçi axtarır - VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu

Vəzifə: Müştəri əməliyyatları üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 1 il

Təhsil: Ali iqtisadi təhsil

Yaş həddi: 22-35


İşin Təsviri: Müştərilərlə bağlanmış müqavilələrə nəzarət, müştəriləri aidiyyatı proqramlarda aktivləşdirmək və müştəri bazasını yaratmaq.

Vəzifə öhdəlikləri:
- Mövcud kampaniyaların hesablanması, satış endirimlərinin sistemə işlənilməsi; 
- Müqavilə bağlanan hüquqi və ya fiziki şəxslərin məlumatlarının dövlət sturkturlarında yoxlanılması və müştərilərə qeydiyyat kartlarının açılması;
- Kassa mədaxil orderlərinin sistemə daxil edilməsi;
- Hesabatların hazırlanması.


Tələblər:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramları biliyi (xüsusilə MS Excel biliyi);
- Komandada işləmək bacarığı;
- Qadın namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.


İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Müştəri əməliyyatları üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz