06 dekabr 2018 20:00

"TuranBank" işçi axtarır - VAKANSİYA

TuranBank ASC

Departament: Risklərin İdarə Edilməsi
Şöbə: Əməliyyat, İmic və Strateji Risklərin İdarə Edilməsi
Vəzifə: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

• Bankın yeni risk siyasətinin və qaydalarının hazırlanması, risklərin idarəedilməsi üzrə strateji və taktiki fəaliyyət planlarının inkişaf etdirilməsi; 
• Bankın risklərin təhlili metodologiyasının təkmilləşdirilməsi;
• Bankın fəaliyyət istiqamətləri və əməliyyat sahələrinə xarakterik olan riskləri müəyyən etmək, dəyərləndirmək və idarəedilməsi istiqamətində təkliflər vermək; 
• Risk Xəritəsini, o cümlədən əməliyyat risklərinin xəritəsini hazırlamaq;
• Biznes prosesləri təhlil etmək və risk, fraud və spekulyativ xarakterli ehtimalları dəyərləndirmək və qarşısının alınması istiqamətində təkliflər vermək; 
• Bankın struktur bölmələrində əməliyyat risklərinin idarə edilməsi işinin qanunvericiliyə, habelə daxili təlimatlara, normativlərə, qaydalara və risk siyasətinə uyğun aparılmasını qiymətləndirmək;
• Bankda biznes proseslərinin təşkili və yenidən təşkili, eyni zamanda yeni məhsul və xidmətlərin yaradılması prosesində iştirak etmək və təkliflər vermək.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsil 
• Bankın risklərin idarə edilməsi, audit, maliyyə və ya əməliyyat bölmələrində 4 il və daha çox iş təcrübəsi 
• Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı  
• Rus və İngilis dillərində danışma və oxuma bacarığı 
• MS Office proqramlarından istifadə bacarığı

Tərcümeyi-halınızı (CV)  xaxundov@turanbank.az  email ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə müvafiq vakansiyanın adını qeyd etməyi unutmayın. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz