06 dekabr 2018 12:40

Muğanbankdan “Tələbli” əmanətlə bağlı yeni xidmət

Muğanbank müştərilərin rahatlığını təmin etmək məqsədi ilə yeni xidmət təqdim edir.

İndi müştəri Muğanbankda yerləşdirdiyi “Tələbli” əmanətin, öz istəyinə uyğun olaraq, tam və ya müəyyən hissəsini, əmanətə hesablanmış faizi ilə birlikdə plastik kartla 24/7 rejimində  nağd və nağdsız qaydada istifadə edilə bilər.  

Əmanətçi, həmçinin, banka yaxınlaşmadan, MİLLİ ÖN ödəniş terminalı vasitəsilə əmanətinin məbləğini artıra bilər.

MİLLİ ÖN ödəniş terminalı vasitəsilə mədaxil olunmuş vəsaitə tələbli əmanətin tarifinə uyğun olaraq faiz hesablanır.

Tələbli əmanət yerləşdirən müştəri, əmanətin məbləğinə uyğun olaraq pulsuz plastik kartla təmin olunur.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.  

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl   facebook səhifəsinə keçid ala bilərsiniz.


Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz