12 dekabr 2016 16:05

Mərkəzi Bank not yerləşdirəcək

2016-ci ilin 14 dekabr tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Fed.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların buraxılış parametrləri aşağıdakılardır:
 

Dövlət qeydiyyat №-si 50100752S
Hərraca çıxarılan həcm 75  000 000 AZN
Bir notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti 28  gün
Ödəmə tarixi 11 yanvar 2017-cü  il

 

ARMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı  (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin