06 dekabr 2018 10:18

Azərbaycanda torpaq sahibləri üçün yeni - QAZANC ÜSULU

Dekabr ayı olmasına baxmayaraq Cəlilabadın əkin sahələrində təzə kartof yığılır.

FED.az xəbər verir ki, bu barədə "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirli bildirib.

İqlim, torpaq amilləri imkan verir ki, ildə vahid sahədən aqrotexniki qaydaları qorumaq şərti ilə iki dəfə məhsul götürək. Ölkə üzrə əkin dövriyyəsində olan 1 milyon 800 hektarın böyük əksəriyyəti təkrar əkinlərə cəlb olunsa təbii ki, məhsulların satış qiyməti ucuzlaşacaq, ixrac potensialı güclənəcək, idxal aradan qalxacaq. Təkrar əkinlərin qısa vegetasiyalı yem bitkiləri və idxaldan asılı olduğumuz dənli-paxlalı bitkilər üzrə aparılmasına daha çox ehtiyac var.

ELƏCƏ DƏ BAX: Adaçayı (şalfey) biznesi – «AĞILLI SƏRMAYƏ»

Yem bitkilkəri heyvandarlıq potensialının gücləndirilməsi, dənli-paxlalı bitkilərinin genişləndirilməsi isə hər il xaricə axan valyutanın qarşısını ala bilər. Amma təssüf ki, təkrar əkin texnologiyası azsaylı təsərrüfatlarda tətbiq olunur. Kartofda bu məhsullar sırasındadır, avqust ayında yığımı tam başa çatır, payız-qış mövsümündə daxili təlabatı ödəmək üçün yaxın ölkələrdən böyük həcmdə kartof idxalı həyata keçirilir. Hansı ki, ölkəmizin hər il idxal etdiyi 160 min ton kartofu təkrar əkinləri genişləndirməklə öz torpağımızın hesabına təmin edə bilərik. Məsələn, Cəlilabadda iyul ayında kartof yığımı başa çatır, avqusta əkinlən sahələr dekabr ayı ərzində yenidən məhsul verir. Əlimdə tutduğum bu kartofları arxadakı sahədən az əvvəl yığmışam... Dənli bitkiçiliyə marağı olanlar üçün: arpa, buğda sahələri biçildikdən sonra sahələr boş saxlanılmamalı, bitki qalıqları aqreqat vasitəsilə xırdalanıb sahəyə səpilməli, ikinci səpin kimi tezyetişən qarğıdalı, günəbaxan, soya, darı əkilməsi daha geniş yayılıb.

Xatırlatma: Təkrar əkinlər dövlət büdcəsi hesabına yardım və subsidiyaya cəlb olunur. Ölkə prezidentinin 15 aprel 2015-ci il-ci il tarixli “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardım, habelə mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya şamil olunur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz