12 dekabr 2016 22:30

Azərbaycan at ətini əsasən Qazaxıstana ixrac edəcək

Azərbaycanda at ətinin ixracı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində xüsusi komissiya yaradılıb. 

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Onun sözlərinə görə, komissiya Azərbaycanda saxlanılan atların genetik-damazlıq potensialının müəyyən edilməsi ilə məşğul olacaq: "Şəxsi təsərrüfatlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin də istehsalat müəssisələrində at saxlanılır. Azərbaycanda əsasən Qarabağ və Dilboz cinsindən olan atlar var. Bu atların genofondunun formalaşdırılması ilə bağlı ciddi nailiyyətlər əldə edilib. Hazırda həmin genofond saxlanılmaqla at ətinin ixracı istiqamətində iş aparılır. Məqsədimiz odur ki, genetik potensialını itirmiş, istifadə üçün bir o qədər yaramayan atlar ixrac edilsin".

S.Talıbov qeyd edib ki, Azərbaycan ət ətini əsasən Qazaxıstana ixrac etmək niyyətindədir: "Moldova ilə də ixrac barədə razılıq əldə olunub, amma əsas istiqamət kimi Qazaxıstanı düşünürük. İki ölkənin hökumətlərarası komissiyasının iclasında bu məsələ qaldırılıb və konkret tədbirlər görmək barədə razılıq əldə olunub".

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin