05 dekabr 2018 21:21

Ərdoğan reklamını - QADAĞAN ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiq edib.
 
FED.az-ın məlumatına görə, yeni qanuna əsasən Türkiyə ərazisində tütün məmulatlarının reklamı tamamilə qadağan edilir.
 
ELƏCƏ DƏ BAX: Müsadirə edilən siqaretlər hara gedir?  - GÖMRÜKDƏN AÇIQLAMA
 
Həmçinin tütün məmulatlarının film, videoklip və sosial şəbəkələrdə nümayişi qağadan olunur.
 
Bütün tütün məmulatları eyni qablaşdırmada satılacaq, üzərində istehsalçının hər hansı loqosu və yazısı olmayacaq.
 
Xatırladaq ki, Türkiyədə 2008-ci ildən ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. İctimai yerlərdə və qapalı məkanlarda siqaret çəkən şəxs 88 lirə cərimə olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz