05 dekabr 2018 19:50

Aİ və İran xüsusi ödəmə sistemini – RAZILAŞDIRDI

İran və Avropa İttifaqı (Aİ) arasında xüsusi ödəmə sistemi ilə bağlı yekun razılaşma əldə olunub.

ELƏCƏ DƏ BAX: “Visa” və “Mastercard” geri çəkildi – GÜZƏŞT OLACAQ
 
FED.az-ın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İran xarici işlər naziri Cavad Zərifi açıqlayıb.
 
C. Zərifi bildirib ki, ABŞ-ın xüsusi ödəmə sisteminə təsirinin qarşısını almaq üçün avropalılar prosesi məxfi şəkildə aparır.
 
Qeyd edək ki, Aİ ABŞ-ın İrana sanksiyaları ilə əlaqədar  Tehranla xüsusi ödəmə sistemi yaradılması üzərində çalışdığını bəyan etmişdi.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz