05 dekabr 2018 20:00

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Marketinq Departamentinə Marketinq Kommunikasiyaları şöbəsinə Dizayner vakansiyası elan edir.

 

Vəzifə öhdəlikləri:

 Bankın məhsul və xidmətlərinin təşviqi və dizaynı, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və digital reklam-məlumat materialların Bankın brendbukuna uyğun dizaynını hazırlamaq;
 3D maketlərin planlaşdırılması və hazırlanması (sərgi stendləri, bankomatlar, iş sahəsinin interyer dizaynı və s.);
 Dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyası; 
 Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştirak etmək;
 Bankın məhsul və xidmətlərinin təşviqi üçün tam miqyaslı marketinq kampaniyaların təşkilində iştirak etmək;
 Materialların çapa hazırlığını təmin etmək;
 Veb-maketlərin (veb-səhifələrin və Mobil Bank əlavəsinin elementlərinin) dizaynının hazırlanmasını təmin etmək;
 Sosial media kanalları üçün qrafik postların hazırlanmasını təmin etmək.

Tələb olunan səriştələr:

 Yaradıcılıq və innovasiya bacarığı;
 Komandada işləmək bacarığı;
 Layihələri idarə etmək bacarığı.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (Dizayn, Reklam və ya Marketinq üzrə təhsil arzuolunandır);
 Adobe İllustrator, Adobe Photoshop, Corel Draw, Autodesk 3D’s Max, Adobe After Effects, Adobe Premiere proqramları ilə işləmək bacarığı;
 Azərbaycan, rus və ingilis dillərində danışıq və yazı bacarığı;
 Dizayn üzrə minimum 3 il iş təcrübəsi.

Bu iş sizə nələri qazandıracaq:

 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər 15 Dekabr 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Dizayner” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz