12 dekabr 2016 14:36

Bu gün "Qızıl top"un sahibi açıqlanacaq

Bu gün "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək. Mükafat bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq tədbirdə öz sahibinə qovuşacaq.

Fransanın "France Football" nəşrinin keçirdiyi sorğuda qalib adına ən real namizəd Portuqaliya yığmasının və İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldudur. Lakin 31 yaşlı hücumçunun tədbirə qatılmayacağı gözlənilir. Səbəb Madrid klubunun klublararası dünya çempionatında çıxış etməsidir.

Əvvəlki illərdə "Qızıl top" və FİFA-nın təsis etdiyi ilin futbolçusu nominasiyası birləşdirilsə də, bu il hər mükafat ayrılıqda öz sahibini tapacaq.

Qeyd edək ki, "Qızıl top"un sahibi 173 jurnalistin səsverməsi nəticəsində müəyyənləşir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin