05 dekabr 2018 11:35

Banklarda SMS xidməti neçəyədir? - SİYAHI 

Bankdan debet kart əldə edən müştərilər kartların bir sıra üstünlükləri və əlavə funksiyalarına fikir verirlər. Əlavə funksiyalardan olan “cash-back” ,”depozit”, “Paywave”  və s. haqqında ötən yazılarımızda Sizlərə məlumat vermişdik. Debet kart sahibi müştərilərə bankların artıq uzun müddətdir ki təqdim etdiyi xidmətlərdən biri də “SMS Notification”  (SMS məlumatlandırma) xidmətidir. Xidmətin özəlliyi ondan ibarətdir ki, kart hesabında baş verən hər bir əməliyyat üzrə məlumat dərhal “sms” şəklində kart sahibinin mobil nömrəsinə göndərilir. ”SMS” mətndə keçirilən əməliyyatın məbləği, ticarət məntəqəsini identifikasiya edən məlumatlar, əməliyyatın tarixi və saatı həmçinin kartınızın balansını əks etdirən məlumatlar qeyd edilir.

Bu xidmət həm təhlükəsizlik tədbirləri baxımından , həm də informativ olmaqla debet kart istifadəçiləri tərəfindən bir çox hallarda tərcih edilir. Əslində bu xidmət Banklar tərəfindən emissiya edilən digər növ kartlarda – kredit, taksit, əmək haqqı kartları və s. da mövcuddur. Lakin adıçəkilən kartların Bank üçün yüksək gəlirliliyi və digər maraqları olduğu üçün əksər hallarda pulsuz təqdim edilir.  

Debet kartlarda isə vəziyyət fərqlidir, çünki bu kartlar müştərinin şəxsi vəsaitinin istifadəsi üçün nəzərdə tutulub və Banklar bu kartlar üzrə dövriyyə göstəricisini və gəlirliliyi proqnozlaşdıra bilmirlər. Bu səbəbdən digər xidmətlər kimi “SMS Notification” xidməti də ödənişli formada təqdim edilir. Təbii ki, istisnalar da mövcuddur, yəni bəzi debet kartları pulsuz təqdim edən Banklar da var. Monitorinq qrupumuz bu dəfəki araşdırması Bankların debet kartlarında olan “SMS Notification”  üzrə tariflər haqqındadır. Aşağıdakı cədvəldə tariflərlə yanaşı bu xidmətin pulsuz təqdim edildiyi kartlar da qeyd edilib.
 

Bank

“SMS Notification”  üzrə tariflər

Bu xidmət Pulsuz olan debet kart varmı?

AccessBank

1 aylıq – 0.5 AZN

1 illik – 5 AZN

myCard Classic (1 il Pulsuz)

myCard Gold

myCard platinum

AFB Bank

1 aylıq – 1.5 AZN

yoxdur

AgBank

1 aylıq – 1.18 AZN

yoxdur

Amrahbank

1 aylıq – 1.30 AZN

yoxdur

ASB

Pulsuz

Bütün kartlar üzrə pulsuzdur

Atabank

1 aylıq – 1.20 AZN

Yoxdur

Azər – Türk Bank

1 aylıq – 1.18 AZN

Yoxdur

Bank Avrasiya

1 aylıq – 1 AZN

Yoxdur

Bank BTB

1 aylıq – 2 AZN

Yoxdur

Bank of Baku

5 AZN

(kartın aktiv olduğu dövr ərzində)

Visa Gold / MC Gold

Visa İnfinite

Bank Respublika

1 aylıq – 0.99 AZN

Visa İnfinite

MC Black Edition

MC World Elite

Premium Bank

(Bank Silkway)

1 aylıq – 1.20 AZN

yoxdur

Bank VTB

1 aylıq – 2 AZN

yoxdur

ExpressBank

1 illik – 6 AZN

Expresso Debet

Visa Gold / MC Gold

Visa Platinum / MC Platinum

Kapital Bank

1 illik – 5 AZN və ya

1 sms – 0.10 AZN

Visa Gold / MC Gold

Visa Platinum / MC Platinum

Visa İnfinite / MC World Elite

Birkart Miles Debet

Günay Bank

1 aylıq – 1 AZN

MC Black Edition

Naxçıvanbank

1 illik – 15 AZN

yoxdur

NBC Bank

1 aylıq – 1.20 AZN

yoxdur

Nikoil Bank

1 aylıq – 1.20 AZN

Visa Gold / MC Gold

Visa Platinum

Rabitə Bank

Visa Gold / MC Gold – aylıq 0.5 AZN

Digər kartlar – aylıq 1.0 AZN

MC Platinum

MC Black Edition

Unibank

1 aylıq – 0.50 AZN

yoxdur

Xalq Bank

1 aylıq – 1.18 AZN

yoxdur

Turanbank

1 illik – 15 AZN

yoxdur

YapıkrediBank Azərbaycan

6 aylıq – 5 AZN

1 illik – 10 AZN

yoxdur

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz