29 noyabr 2018 21:02

Məşhur şirkət 12 min nəfəri – IŞDƏN ÇIXARACAQ

Almaniyanın dərman və kimya şirkəti "Bayer AG" yenidənqurma çərçivəsində təxminən 12 min nəfəri işdən çıxaracaq.
 
ELƏCƏ DƏ BAX: Şəhəri tərk edənə 45 min manat veriləcək
 
FED.az-ın məlumatına görə, şirkət heyvan səhiyyəsi müəəsisələrini sataraq, dərman, istehlakçı sağlamlığı və bitki elminə fokuslanacaq.
 
2017-ci ilin sonuna olan məlumata görə, şirkət dünyada təxminən 100 min nəfərə məşğulluq təmin edir, bunların 31 min Almaniyadadır.
 
“Bayer AG”, ABŞ-ın kənd təsərrüfatı şirkəti “Monsanto”-nu 63 milyard dollara satın alması ilə gündəmə gəlmişdi.
 
 
Satınalmadan sonra, “Roundup” adlı yabanı ot dərmanının istehsalçısı “Monsanto” şirkəti, bu dərmana görə, bir bağbanın xərçəngə tutulduğu və bu səbəblə də bu ilin avqust ayında 289 milyon dollar təzminat ödəməyə məhkum edilmişdi. Dərmanla bağlı ən azı 9 min cinayət işi açılıb. “Monsanto”-nun sahibi “Bayer” “Roundup”-un xərçəngə səbəb olduğu iddialarını qəbul etməyərək qərara etiraz edir.
 
“Monsanto” şirkətinin yüksək qiymətə alındığına görə investorların “Bayer” şirkəti üzərindəki təzyiqi artıb. “Bayer”-in bazar dəyərindən avqustdan bu yana 34 milyard dollar "əriyib".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz