10 dekabr 2016 22:59

Azərbaycanda vergi ödəyicilərinə “Facebook”, “Whatsapp” və “Skype” vasitəsi ilə xidmət göstəriləcək

Vergilər Nazirliyi (VN) intizamlı vergi ödəyicilərinə "Yaşıl dəhliz" prinsipi əsasında ənənəvi xidmətlərlə yanaşı, informasiya kommunikasiya texnologiyalarının (İKT) son nailiyyətlərindən istifadə etməklə innovativ üsullu xidmətlər də göstərəcək. "Report" "AzərTAc"a istinadən xəbər verir ki, Bu barədə nazirliyin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, belə innovativ üsullu xidmətlərdən biri partnyor ödəyici ilə videobağlantı xidməti olacaq. Videobağlantı nazirliyin internet saytı, "Facebook", "Skype", "Whatsapp" və İKT-nin digər imkanlarından istifadə etməklə aparıla bilər. 

Bundan başqa, VN yanında Çağrı Mərkəzində intizamlı ödəyicilərə üçün sürətli xidmətlərin göstərilməsi məqsədilə xüsusi ayrılmış xətdən istifadə imkanı yaradılacaq. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin