28 noyabr 2018 12:52

İşlənmiş avtomobillər bahalaşacaq - PROQNOZ

Dekabrda Bakının avtomobil bazarında işlənmiş maşınların müxtəlif markalarında qiymət artımı gözlənilir. 

Bununla bağlı “Bakı avtomobil satışı mərkəzi”ndən məlumat verilib. 

ELƏCƏ DƏ BAX: Kreditdə olan ikinci əl avtomobillərin - QİYMƏTLƏRİ

On ildir avtomobil alqı-satqısı ilə məşğul olan Zamir Musayevin sözlərinə görə, ənənəvi olaraq Yeni il ərəfəsində avtomobil bazarında canlanma müşahidə edilir.

“Əgər buna 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək yeni gömrük rüsumlarını da əlavə etsək, bir sıra avtomobillərin qiymət artımının qaçılmaz olduğunu görərik. Alverçilər bazarda canlanma gördükdə süni olaraq qiymətləri qaldırırlar”, - Z.Musayev deyib. 

O əlavə edib ki, mühərrikinin həcmi 2.0-dan yuxarı olan avtomobillərin qiymətləri 20 faiz arta bilər. 

“Bu gün azərbaycanlı alıcılar daha az həcmli mühərriklərə üstünlük verir. Əksinə, mühərrikinin həcmi 5.0 olan cipləri satmaq çox çətindir və düşünürəm ki, bu avtomobillərinin qiymətlərində dəyişiklik olmayacaq”, - Z.Musayev əlavə edib. 

Analoji fikirlər nəqliyyat sahəsindəki ekspertlər tərəfindən də dəstəklənib. Analitiklərin fikrincə, Azərbaycanda hər il dekabrın sonlarında avtomobillərdə süni qiymət artımı müşahidə edilir. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz