27 noyabr 2018 08:19

General Motors 5 zavodunu bağlayır

ABŞ-ın avtomobil nəhəngi General Motors (GM) şirkəti yenidənqurma planları çərçivəsində 5 zavodunu bağlayacağını və işçilərin sayını 15 faiz azaldacağını açıqlayıb.

Detroytda yerləşən şirkətdən bildiriblər ki, qənaəti artırmaq məqsədilə  yenidənqurma planı həyata keçiriləcək.

Bu çərçivədə, 4-ü ABŞ-ın Miçigan, Merilend və Ohayo ştatlarında və biri Ontario əyalətində olmaqla 5 istehsal müəssisənin gələn il ərzində bağlanılacağı qeyd edilən açıqlamada, işçilərin sayının da 15 faiz azaldılacağı bildirilib.

Şirkətin nağd pul axınını illik 6 milyard dollar artırması gözlənilən bu addımların, GM-in 10-15 min arasında əməkdaşı ilə yollarını ayırmasına səbəb olacağı da qeyd edilib.

GM-in sədri Mari Barra, məsələyə dair açıqlamasında, "Bu gün atdığımız addımlar son dərəcə çevik, müqavimətli və mənfəətli olmaq məqsədilə atılır. Şirkətimizi uzunmüddətli uğura çatdırmaq üçün, dəyişən bazar şərtlərinin və müştəri üstünlüklərinin önündən getməyimiz lazım olduğunu bilirik", - ifadələrini istifadə edib.

GM-in Nyu-york Birjasında əməliyyat görən səhmləri, açıqlamanın ardından 6 faiz dəyər qazanıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz