23 noyabr 2018 16:05

Bakıda "Blockchain Azerbaijan 2018" konfransı keçiriləcək

7 dekabr 2018-ci il tarixində Blockhain Azərbaycan Mərkəzi tərəfindən “Blockchain Conference Azerbaijan”  beynəlxalq konfransı təşkil olunacaq.

Konfransda yerli və beynəlxalq  ekspertlər, sahə üzrə mütəxəssislər blockchain texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri haqqında müzakirələr aparacaq, öz bilik və təcrübələrini bölüşəcəklər. Konfransda bank və maliyyə sektorunda, dövlət  qurumlarında blockchain texnologiyaların tətbiqi ilə bağlı xarici ekspertlərin məruzələri dinləniləcək.

Üç hissədən ibarət olacaq Konfransın proqramının ilkin variantı da artıq hazırdı. İlk olaraq İsveçrə, Rusiya, Türkiyə və Azərbaycanlı ekspertlərin çıxışları və sual-cavab olacaq. Konfransın birinci hissəsində 300 qonağın iştirakı nəzərdə tutulub. Konfransda iştirak  xüsusi dəvət və ödənişli biletlədi. Biletləri buradan əldə edə bilərsiniz.

Spikerlər:

        Artyom Tolkaçyov – Bettertokens.Org

        Burak Yetişkin – Deloitte Switzerland

        Serkan Bayar – Digilira

        İnal Kardanov – Waves Platform Developers Advocate

        Orxan Əhmədov – Blockchain Azərbaycan

İkinci hissədə isə Blockchain Workshop təşkil ediləcək.  Bu hissədə Blockchain texnologiyasının proqramlaşdırılmasında maraqlı olan developer və maraqlı şəxslər iştirak edə biləcəklər. İştirakçı sayı 50-70 nəfər gözlənilir. Workshop-da iştirak müraciət əsasında mümkün olacaq. Tədbirin sonunda isə  beynəlxalq ekspertlər, qonaqlar və spikerlər üçün axşam yeməyi təşkil olunacaq. İştirak xüsusi dəvətlədir . Spikerlər haqqında məlumatı buradan əldə etmək olar. Konfrans haqqında daha geniş məlumatı, konfransın porqramının ilkin versiyasını buradan əldə etmək olar.

Konfransın təşkilatçısı Blockchain Azərbaycan Mərkəzi, sponsorları PAŞA Bank, WAVES Blockchian Platform, Barama İnkubasiya Mərkəzi, Portmanat  və digər şirkətlərdir.

Ətraflı: http://event.blockchain.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz