22 noyabr 2018 14:33

Beynəlxalq Bankdan ədliyyə işçiləri üçün kampaniya

Azərbaycan Beynəlxalq Bankı 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Gününə özəl olaraq yeni kredit kampaniyasına start verib. Bankın əməkhaqqı kartına sahib olan hər bir ədliyyə işçisi kampaniya müddətində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:
•  Kreditin məbləği - 20.000 manatadək
•  Kreditin müddəti - 60 ayadək
•  İllik faiz dərəcəsi -  2% endirimlə, 23%-dən başlayaraq
•  Kredit 5000 manata qədər olduqda - zaminsiz
•  Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Kampaniya 22 noyabr tarixindən 28 noyabr tarixinə qədər keçərlidir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz