22 noyabr 2018 08:22

8 bankın qiymətli kağızlara investisiyaları azalıb - SİYAHI

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-nün aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan də 8-də fond bazarında investisiyaların illik dinamikası mənfi olub.

FED.az xəbər verir ki, həmin banklar "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı, "Bank BTB", "Zıraat Bank Azərbaycan", "Unibank", "Access Bank", "Bank of Baku" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (100%), ən az azalma isə "Rabitəbank"da (0,2%) qeydə alınıb.

1 bankda - "Atabank"da qiymətli kağızlara investisiyalar dəyişməyib.

13 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Express Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "PAŞA Bank", "Nikoyl Bank", "AFB Bank", "Turan Bank", "Xalq Bank", "Kapital Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan" və "Bank Respublika"dır. Ən yüksək dinamika "Express Bank"da (6,3 dəfə), ən aşağı dinamika isə "Bank Respublika"da (4,7%) qeydə alınıb.

2 bank - "Bank VTB Azərbaycan" və "Günay Bank" qiymətli kağızlara investisiya qoymağa yenicə başlayıb. 6 bank - AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Muğan Bank", "Naxçıvan Bank" və "NBC Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz