20 noyabr 2018 11:48

12 dövlət şirkəti birlikdə 10 milyard manat – ZƏRƏR EDİB

Azərbaycanda 100% dövlətə məxsus olan, uzun illər zərərlə işləmiş 12 şirkətin 2017-ci ilin yekununda birgə yığılmış zərəri 9 523,082 milyon manatdır. Həmin şirkətlər və onların yığılmış zərərləri ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:
 

Dövlət şirkətinin adı                       Şirkətinyığılmış zərəri

                                                        (milyon manatla)

1. "Azərsu" ASC                                       5 904,502

2. "Azərenerji" ASC                                  2 123,260

3. "Azərişıq" ASC                                     377,538

4. "Bakı Metropoliteni" QSC                    371,739

5. "Azərkosmos" ASC                               308,154

6. "Təmiz Şəhər" ASC                               161,394

7. "Azəristiliktəchizat" ASC                      136,108

8. "Sumqayıt Kimya Sənaye Parkı" MMC         66,694

9. "Aqrolizinq" ASC                                 43,980

10. "Azneftkimyamaş" ASC                     24,951

11. "Yüksək Texnologiyalar Parkı" MMC         4,082

12. "Azərxalça" ASC                                 0,680

 

Cəmi 9 523,082

 

Cədvəldən göründüyü kimi, yığılmış zərəri ən çox olan dövlət şirkətləri "Azərsu" və "Azərenerji" ASC-dir. Su-kanalizasiya xidməti göstərən və elektrik enerjisinin istehsalı ilə məşğul olan bu qurumlar birlikdə 8,028 milyard manat vəsait itiriblər.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz