20 noyabr 2018 11:33

Bank sektorunun üçdə ikisi 5 bankda cəmləşib

Azərbaycanda bank sektorunun aktivlərinin böyük hissəsi bir neçə bankda cəmləşib. 

FED.az 2018-ci ilin ilk 9 ayı üzrə aktivlərin renkinqinə əsasən xəbər verir ki, ölkədə fəaliyyət göstərən bütün bankların aktivlərinin cəmi 29 mlrd 196 mln 790 min  manat təşkil edir.

Eləcə də bax: Ən çox kredit verən banklar məlum oldu - REYTİNQ


Aktivlərinin miqdarı ən çox olan 5 bank bunlardır: “Beynəlxalq Bank” ( 8 mlrd 320 mln 262 min manat), “Paşa Bank” (4 mlrd 332 mln 10 min manat), “Kapital Bank”  (3 mlrd 457 mln 534 min manat ),  “Xalq Bank” (1 mlrd  941 mln 13 min  manat) və “ASB”  (1 mlrd 7 mln  197 min manat).

Bu 5 bankın aktivlərinin məbləğinin ümumi payda xüsusi çəkisi 65,27% təşkil edir. Eləcə də yalnız bu 5 bankın aktivlərinin miqdarı 1 mlrd  manatdan çoxdur. Bu banklardan yalnız “Beynəlxalq Bank” və “Paşa Bank”ın aktivlərinin ümumi payda xüsusi çəkisi 43%-dir.

10 bankın aktivlərinin məbləği 500 mln manatdan çoxdur.

Aktivləri ən az olan 5 bank isə bunlardır: “Bank Avrasiya”  (164 mln 765 min manat), “Günay Bank” ( 173 mln 762 min  manat), “Bank VTB Azərbaycan”  (144 mln 371 min  manat) ,“İran Milli Bankı” (113 mln 310 min manat), “Pakistan Milli Bankı”  (10 mln 747 min manat). Bu 5 bankın ümumi payda xüsusi çəkisi 2,08% təşkil edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin 3-cü rübündə banklarda təmərküzləşmə artıb.

Xatırladaq ki, 2017-ci ilin 3-cü rübünün sonunda ölkədə fəaliyyət göstərən bankların aktivlərinin ümumi məbləği 26 mlrd 970,2 mln manat təşkil edib. Ən çox aktivə malik olan 5 bank  “Beynəlxalq Bank”, “Paşa Bank”, “Kapital Bank ”, “Xalq Bank” və “ASB” olub. Bu 5 bankın bank sektorunun ümumi aktivlərində xüsusi çəkisi 60,57% olub.

Ötən il 9 bankın aktivləri 500 mln -1 mlrd arasında dəyişirdi.

Aktivləri ən az olan 5 bankın (“Pakistan Milli Bankı”, “Ziraat Bank”, “Bank Avrasiya”, “Naxçıvanbank” və “Bank Melli İran”) bank sektorunun aktivlərində xüsusi çəkisi isə 2,08% təşkil edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz