20 noyabr 2018 11:20

"Bank Respublika" mükafatlandırılıb

"Bank Respublika" ASC daha bir mükafat alıb. 

FED.az xəbər verir ki, noyabrın 15-16-da Bakıda keçirilmiş “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumuna göstərdiyi dəstəyə görə Bank xüsusi diplomla mükafatlandırılıb. 

Mükafat "Bank Respublika"nın Marketinq və kommunikasiyalar üzrə meneceri Çingiz Əsədova təqdim olunub. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz