20 noyabr 2018 11:18

Haşqacının qətli kral sarayını ikiyə böldü – Yeni vəliəhd seçilə bilər

Səudiyyə Ərəbistanında bəzi dairələr vəliəhd Məhəmməd ben Salmanın taxta sahib olmasına qarşı çıxıblar.

FED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu etirazlar jurnalist Camal Haşqacının ölümü ilə bağlı dünyanı bürüyən rezonansla bağlıdır.

Səudiyyəli jurnalistin qətli və dünya birliyinin bu hadisəyə sərt reaksiyası kral sarayında Məhəmməd Ben Salman Əl Saudun namizədliyinə qarşı çıxanların sayını artırıb. Bu barədə kral sarayına yaxın 3 mənbə məlumat verib.

Məhəmməd ben Salmanın taxta sahib olmasına qarşı Əl Saud nəslinin onlarla şahzadəsi qarşı çıxır. Lakin 82 yaşlı kral Salman ibn Əbdül-Əziz Əl Saudun sağlığında bu məsələyə açıq etiraz etməyə cürət etmirlər. Onlar kralın çətin ki, doğma oğlu Məhəmməd ben Salmana qarşı çıxacağını düşünürlər.

Onlar taxta başqa namizədin çıxmasını istəyirlər. Onlar arasında 76 yaşlı şahzadə Əhməd ibn Əbdül Əzizin adı çəkilir. Kralın doğma qardaşı və vəliəhdin əmisi olan Əbdül Əziz xüsusi xidmət orqanların və bəzi Qərb dairələrinin tam dəstəyini qazanan yeganə şəxs sayılır.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz