20 noyabr 2018 09:50

Kriptovalyuta bazarı kəskin dəyər itirib

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti azalıb.

FED.az xəbər verir ki, Bitcoinin qiyməti   bu gün 2017-ci ilin oktyabrından  ilk dəfə olaraq 14,59%  azalaraq  5 min dollardan aşağı düşərək 4 705 dollar  olub.

Eyni zamanda Etherum və Bitcoin Cash da dəyər itirib.

Belə ki, Bitcoin cash 44,14% azalaraq 213 dollar, Etherum  da   14,64%  azalaraq 142 dollar təşkil edib.

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 4-ü  bahalaşıb qalan 96-ı isə ucuzlaşıb.

Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 154 774 171 448 $ -dır.
 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz