19 noyabr 2018 19:22

Azərbaycanlılar evi belə - TƏMİR EDİRLƏR

Əsasən insanlar hansı tip təmirli evlərə üstünlük verirlər?
 
"Meeras Group" tikinti inşaat şirkətinin rəsmisi bu suala belə cavab verib.
 
– 45-50 yaşda olan insanlar əsasən evi və ya villanı daha çox klassik üslubda təmir etdirməyə üstünlük verirlər.
 
ELƏCƏ DƏ BAX: Azərbaycanda ən hündür binanı bu şirkət tikir - MÜSAHİBƏ
 
Amma cavan nəsil əsasən modern üsluba üstünlük verirlər. Daha çox sadəliyi rəhbər tuturlar. Bu sadəlik və minimalizm insanı heyran edir. Çünki bu sadəliklə yanaşı gözəllik də olur.
 
Modern üslubda tikilən evlər bir qədər böyük olmalıdır. Əks təqdirdə bu evlər qutuya oxşayacaq. Bizim üçün əsas məqsədimiz müştərimizin razı olmasıdır - deyə Fins.az-ın sualını cavablandırarkən "Meeras Group" şirkətinin rəsmisi Əliyeva Səbinə bildirib.
 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz