19 noyabr 2018 16:10

“Şiş əleyhinə dərman istehsal edəcəyik”

Belarusun baş nazirin müavini Mixail Rusıy Minskin Azərbaycanda şiş əleyhinə preparatların birgə istehsalını təşkil etməyə hazır olduğunu qeyd edir.

"Azərbaycanda şiş əleyhinə preparatların istehsalının təşkili üzrə gələcək addımlara hazırıq. Bu, həm iqtisadi, həm də sosial layihədir. Güman edirəm ki, tərəflər operativ qaydada əlaqə quracaqlar ki, artıq gələn il bu müəssisədə məhsul istehsal edilsin", - deyə o, ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasında bildirib.

M.Rusıy, həmçinin Azərbaycan və Belarus arasında nəqliyyat, logistika və neft-kimya sahəsində əməkdaşlığın perspektivliyini vurğulayıb. Onun sözlərinə görə, Belarus hökuməti, həmçinin qarşılıqlı ərzaq tədarükünün həcminin artırılmasına aktiv şəkildə kömək etmək niyyətindədir.

"Belarusun süd, ət, qənnadı məmulatları Azərbaycan istehlakçılarına artıq yaxşı tanışdır. Biz keçən il Minskdə Azərbaycan Ticarət Evinin açılmasını və dostlarımızın digər analoji təşəbbüslərini alqışlayırıq və hökumət tərəfindən maksimum köməklik göstəriləcək", - deyə M.Rusıy qeyd edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz