17 noyabr 2018 10:09

Büdcədə 427 milyon manat artıqlıq yaranıb

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2018-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 18 milyard 196,9 milyon manat vəsait daxil olub.

FED.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə büdcəyə gələn vəsaitlər 34,2% artıb. 

Bu dövrdə büdcədən 17 milyard 769,9 milyon manat vəsait xərclənib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,6% artıqdır.

FED.az xəbər verir ki, nəticədə büdcənin icrasında 427  milyon manatlıq profisit yaranıb. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz