16 noyabr 2018 22:02

Yerin təkindən istifadə pozuntusuna görə – CƏRİMƏLƏR ARTDI

Yerin təkindən istifadə qaydalarının pozulmasına görə cərimələrin miqdarı artırılıb.
 
FED.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı bu gün “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.
 
ELƏCƏ DƏ BAX: Yollarda qaydaların pozulmasına görə - 60 MİLYONLUQ CƏRİMƏ
 
İndiyə qədər yerin təkindən istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilib.
 
Dəyişikliyə əsasən bundan sonra bu halda fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə ediləcək.

Eyni məqsədlə Cinayət Məcəlləsi də də yişdirilib. Məcələnin 255-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

1. Maddənin mətni 255.1-ci maddə hesab edilsin və sanksiyasında “üç min manatdan altı” sözləri “altı min manatdan on” sözləri ilə əvəz edilsin, “məhdudlaşdırılması” sözündən sonra “və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə” sözləri əlavə edilib.

2. Aşağıdakı məzmunda 255.2-ci maddə əlavə edilib:

“255.2. Bu Məcəllənin 255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz