16 noyabr 2018 21:30

Tikinti sektorunda vəziyyət necədir ?– STATİSTİKA

Bu ilin yanvar-oktyabr aylarında tikintidə əlavə dəyər istehsalı 15,8 faiz azalıb

FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda əksini tapıb.

ELƏCƏ DƏ BAX: Evlər bahalaşmağa başlayıb – SƏBƏBLƏR

Bu ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 65233,0 milyon manata çatıb. Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,0 faiz, neft sektorunda isə 0,3 faiz artıb.

ÜDM-in 45,7 faizi sənayedə, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 8,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 1,4 faiz, digər xidmət sahələrində 0,3 faiz artıb, tikintidə isə 15,8 faiz azalıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz