16 noyabr 2018 21:05

Evlər bahalaşmağa başlayıb – SƏBƏBLƏR

Bu ilin oktyabr ayında ilkin mənzil bazarında qiymətlər 3,12% - 1 224 manatadək (1 kv.m), təkrar bazarda isə 2,57% - 1698 manatadək bahalaşıb. Bir mənzilin kirayə haqqı 2,45% - 920 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 2,66% - 15,73 manatadək (1 kv.m) artıb.
 
ELƏCƏ DƏ BAX: Azərbaycanda mənzil və torpaq alqı-satqısında – MÜHÜM YENİLİK
 
FED.az-ın məlumatına görə, bunu daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.
 
Hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.
 
Bakının daşınmaz əmlak bazarında oktyabr ayında qiymət indikatoru sentyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,14% bahalaşıb. Bir sot torpağın qiyməti 1,1% - 21,218 min manatadək, kommersiya obyektlərinin qiyməti 5,27% - 2,412 min manatadək (1 kv.m) ucuzlaşıb.
 
Ekspert qeyd edib ki, Bakının daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması təkliflər portfelinin strukturunun dəyişməsi ilə bağlıdır.
 
“Portfeldə, əsasən, bahalı mənzillər qalıb və bu da orta qiymətlərin artımını şərtləndirən amildir. Bundan başqa, payız aylarında hər zaman fəallığın artması müşahidə olunur ki, bu da qiymətlərə təsirsiz ötüşməyib”.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz