16 noyabr 2018 19:44

26 ton kartof – MƏHV EDİLDİ  

Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda noyabrın 8-dən gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laborator müayinələr nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kq kartof mal sahibinin müraciəti əsasında Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib.
 
ELƏCƏ DƏ BAX: Dünyanın ən gəlirli bitkisi: Lavanda – AĞILLI SƏRMAYƏ
 
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, malların məhvolma prosesində DGK-nin Bakı Baş Gömrük İdarəsinin və AQTA-nın 1 saylı Regional Bölməsinin əməkdaşları və bir sıra media nümayəndələri də iştirak ediblər.
 
Qeyd edək ki, noyabrın 8-də Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 99 ZC 209 dövlət nömrəli nəqliyyat vasitəsi ilə Gürcüstandan ölkəmizə idxal edilən kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranmışdı. Buna görə də gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmiş, agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunmuşdu. Beləliklə, müvafiq qurumlar kartofun geri qaytarılmasının təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin məhsulun məhv edilməsinə qərar veriblər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz